Türkiyəli müğənni Hadisənin “O səs çocuklar” yarışmasına geyindiyi libas qalmaqala səbəb olub.
“Qafqazinfo”nun məlumatına görə, müğənninin geyimi sosial şəbəkə istifadəçiləri tərəfindən müzakirə mövzusuna çevirilib.
İddia olunur ki, sənətçinin geyimində erməni bayrağının rəngləri əks olunub.
Müzakirə olunan geyim azərbaycanlı sosial şəbəkə istifadəçilərini iki yerə bölüb. Bir qrup şəxs geyimin məşhur markanın kolleksiyasına aid olunduğunu və erməni bayrağı ilə heç bir əlaqəsinin olmadığını qeyd edib.
Digər istifadəçilər isə bu fikirlərin əksini irəli sürüblər. O da qeyd olunub ki, geyimdə daha çox Kolumbiya dövlətinin bayrağının çalarları öz əksini tapıb.
Son xəbərlər
Son Xəbərlər