Hadisənin sabaha olan konserti baş tutmadı

hadisenin-sabaha-olan-konserti-bas-tutmadi
Oxunma sayı: 1128


Bu barədə “Qafqazinfo”ya məlumatı Ceyran Nəriman  verib. Onun sözlərinə görə, konsert iyunun 28-i elə eyni məkanda baş tutacaq.

Konsertin vaxtının dəyişilməsinə səbəb Hadisənin ekipində 5 nəfər əcnəbi vətəndaşın fəaliyyət göstərməsidir.

Bunun ilə əlaqədar olaraq, vizanın vaxtında verilməsində problem yaşandığına görə Hadisə Açıkgözün konsert vaxtı 5 gün sonraya keçirilmişdir.

Bu xəbər tamaşaçılar arasında ajadaj yarada bilər.Ancaq narahat olmağa dəyməz adi viza məsələlərindən biridir.Hadisə Azərbaycan tamaşaçılar ilə görüşə böyük məmnunluqla hazirlaşıb.

Konsertin vaxtının təxirə salınması hər kəsdən əvvəl Hadisəni kədərləndirmişdir.

Təşkilatçı ilə telefon bağlantısında Hadisə viza məsələsində problem yarandığına görə üzüldüyünü bildirmişdi.Sənətçı həmçinin tezliklə ayin 28-i Bakıya gələcəyini söyləyərək,bu anlaşılmazlığın əvəzini möhtəşəm şou ilə çıxacağını qeyd etmişdi.