Hadisənin toy tarixi bəlli oldu

hadisenin-toy-tarixi-belli-oldu
Oxunma sayı: 3463

Məşhur türkiyəli müğənni Hadisənin toy tarixi bəlli olub.

“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, müğənni sentyabrda İtaliyada toy edəcək.

İtaliyada dostları ilə 2-3 günlük toy məclisi etməyi planlaşdıran cütlük artıq hazırlıqlara başlayıb.

Qeyd edək ki, müğənninin iş adamı sevgilisi Mehmet Dinçerler ilə aprelin 30-da nikahları baş tutub. Cütlüyün Çırağan sarayındakı toyuna yalnız ailə üzvləri qatılıb, hətta yaxın dostları belə dəvət edilməyib.