“Hadrutda atışma barədə məlumat yoxlanılacaq” - Rusiya MN

hadrutda-atisma-barede-melumat-yoxlanilacaq
Oxunma sayı: 3316

Dağlıq Qarabağdakı Rusiya sülhməramlıları Hadrut ərazisində atışmanın baş verməsi ilə bağlı məlumatları yoxlayacaqlar. “Qafqazinfo” bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin bülletenində deyilir.

Nazirliyin məlumatına görə, bütün təmas xətti boyunca atəşkəs rejiminə əməl edilir.

“Tərəflər üzrə barışıq mərkəzi tərəfindən 27 dekabr 2020-ci il tarixdə Hadrutun Tuğ yaşayış məntəqəsi ərazisində avtomat silahdan istifadə barədə məlumatlar yoxlanılır”, - Rusiya MN-də bildiriblər.

Qurumda dekabrın 28-də əsirlərin növbəti mübadiləsinin aparıldığını xatırladıblar. Əsirlikdə olan iki azərbaycanlı Bakıya, 4 erməni hərbi əsiri isə Yerevana qaytarılıb.