Hadrutda daha iki erməni hərbçinin qalıqları tapıldı

hadrutda-daha-iki-ermeni-herbcinin-qaliqlari-tapildi
Oxunma sayı: 1154

Qarabağdakı döyüşlər zamanı ölən daha 2 erməni hərbçinin cəsədinin qalıqları tapılıb.

"Qafqazinfo" "Sputnik Armenia"ya istinadən xəbər verir ki, meyitlər Hadrut rayonunda aşkarlanıb. 

Bildirilir ki, ölən hərbçilərin şəxsiyyəti məhkəmə-tibbi ekspertizasından sonra müəyyənləşdiriləcək.

Bununla da indiyədək tapılan erməni hərbçilərinin meyitlərinin sayı 1683-ə çatıb.