Hafiz Hacıyev “Hazır olun” tapşırığı verdi

hafiz-haciyev-hazir-olun-tapsirigi-verdi
Oxunma sayı: 636

MMP-nin mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, toplantıda ölkədə və dünyada baş verən ictimai-siyasi məsələlər müzakirə edilib. Toplantıda gündəlikdə duran əsas məsələ təşkilatlanmanın vəziyyəti , partiyanın növbəti kvartalda görəcəyi işlər olub. Partiyanın rayon təşkilat sədrlərinin hesabatları dinlənilib. Ümumi nəticə kafi qəbul edilsə də payızda siyasi proseslərin gərginləşəcəyini proqnozlaşdıran partiya funksionerləri tətil ayı olmasına baxmayaraq təşkilat sədrlərinə xüsusi tapşırıqlar verib.
Tapşırıqların əsas mahiyyəti bundan ibarət olub ki, MMP rayon təşkilatları üzvlərinin yeni siyahısını rəhbərliyə təqdim etsin, bununla yanaşı təşkilatlara yeni üzvlərin cəlb edilməsi üçün fəaliyyətlərini gücləndirsinlər, həmçinin ölkədə yaranacaq hər hansı siyasi duruma hazır olsunlar.