Hafiz Məmmədov “Atletiko”nu təbrik etdi

hafiz-memmedov-atletikonu-tebrik-etdi
Oxunma sayı: 1851


  “Qafqazinfo” “fcbaku” saytına istinadən xəbər verir ki, “Bakı” Futbol Klubunun prezidenti Hafiz Məmmədovun himayədarlıq etdiyi Madrid “Atletiko”su dünən Çempionlar Liqasının yarımfinalında “Çelsi” ilə qarşılaşıb (ilk oyun- 0:0). Formasında “Land of Fire Azerbaijan” (Odlar Yurdu Azərbaycan) sözlərini reklam edən baş məşqçi Dieqo Simionenin yetirmələri gərgin səfər oyunundan 3:1 hesablı qələbəylə ayrılıb. Beləliklə Çempionlar Liqasının finalında Madridin iki təmsilçisi “Real” və “Atletiko” üz-üzə gələcək. 

Bu münasibətlə, “Bakı” Futbol Klubunun rəhbərliyi, başda prezident Hafiz Məmmədov olmaqla Madrid “Atletiko”sunu təbrik edir, finalda onlara uğurlar arzulayır!