Hafiz Məmmədov qaçmağı ilə bağlı xəbərdən danışdı- - "Londondayam…"

hafiz-memmedov-qacmagi-ile-bagli-xeberden-danisdi-
Oxunma sayı: 6024


“Qafqazinfo” xəbər verir ki, bu sözləri virtualaz.org-a açıqlamasında məşhur oliqarx Hafiz Məmmədov (“Hafka”) deyib.

Hafiz Məmmədov onun cinayət məsuliyyətinə cəlb olunacağı haqda KİV-lərdə yer alan iddiaları da rədd edib.

“Qayıdandan dərhal sonra sizinlə görüşməyə və bütün suallarınıza cavab verməyə hazıram”- deyə oliqarx bildirib.

Xatırladaq ki, bu gün bəzi KİV-lər “Hafka”nın adının da “oliqarxların işi”ndə keçdiyini, onun iri məbləğdə kredit dələduzluğu ittihamı ilə keçirilən istintaq tədbirlərindən yayınmaq üçün ölkədən qaçdığını yazıblar.