Hafiz Məmmədovun klubunda üsyan

hafiz-memmedovun-klubunda-usyan
Oxunma sayı: 1346


“Qafqazinfo”nun “Apasport.az” saytına istinadən xəbərinə görə, paytaxt təmsilçisinin futbolçuları səfərə yollanmaqdan imtina ediblər.

 3 aydır maaş üzünə həsrət qalan komanda üzvləri rəhbərliyə etirazlarını bu üsulla çatdırıblar. Bununla bağlı keçirilən klubdaxili iclasda əsasən legionerlər fəallıq göstəriblər.

 İspaniyalı legioner Mario Alvarez bütün futbolçuların adından rəhbərliyə son xəbərdarlıq edib. O, 3 aydır maaş almadıqları, bazada şəraitin pisləşdiyini bildirib, hətta bir neçə gün çimməyə isti su tapmadıqlarını xatırladıb. Onun bu sözündən sonra digər əcnəbilər də etiraz səslərini ucaldıblar. Bildiriblər ki, onlar bu vəziyyətdə oynamaq istəmirlər. 

 Sportinfo.az saytının xəbərinə görə, legionerlər sözü bir yerə qoyaraq, səfərə getməyəcəklərini deyiblər. Azərbaycanlı futbolçular da onlara qoşulub. Maraqlıdır ki, baş məşqçi Milinko Pantiç də futbolçuları dəstəkləyib.

 İclasda etirazçıları dinləyən klubun icraçı-direktoru Yaşar Seyidov isə bildirib ki, yaxın günlərdə problem həll olunacaq: “Mən bu barədə klub prezidenti Hafiz Məmmədovla danışacam. Maaşlar ödəniləcək”.