Hafiz Paşayevlə bağlı- - təyinat sərəncamı

hafiz-pasayevle-bagli-
Oxunma sayı: 5023

Prezident İlham Əliyev “H.M.Paşayevin “ADA” Universitetinin rektoru təyin edilməsi haqqında” sərəncam imzalayıb. 

“Qafqazinfo” xəbər verir ki, sərəncamla Hafiz Mir Cəlal oğlu Paşayev “ADA” Universitetinin rektoru təyin edilib.

Qeyd edək ki, “ADA” Universiteti - Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2014-cü il Sərəncamı ilə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının və İnformasiya Texnologiyaları Universitetinin əsasında yaradılıb.

Universitet ali təhsilin bütün səviyyələri üzrə kadr hazırlığını, ali və əlavə təhsil prоqramlarını həyata keçirilməsi və fundamental və tətbiqi elmi tədqiqatlar aparılması məqsədi ilə yaradılıb.

Hafiz Paşayev bundan əvvəl Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının rektoru olub.