Azərbaycanlı iş adamı Hafiz Məmmədov İngiltərənin “Şeffild Uensdey” klubunu alıb. “Qafqazinfo” sportnet.az-a istinadən xəbər verir kibu barədə klubun saytı məlumat yayıb.
Xəbərdə deyilir: "Kluba rəhbərliyin Milan Mandariçdən Hafiz Məmmədova keçməsinə dair müqavilənin əldə olunduğunu elan etməkdən şadıq".
Qeyd edək ki, "Şeffild Uensdey"in rəsmi saytında Hafiz Məmmədov AFFA-nın sabiq üzvü, "Bakı" və Fransa "Lans"ının sahibi kimi göstərilib.
***
“Şeffild Uensdey - İngiltərənin ən qədim klublarından biridir. Klub 1867-ci ildə yaradılıb və 1889-cu ildə yaradılmış futbol birliyinin təsisçilərindən biri və ilk çempionu olub. “Bayquşlar” son dəfə premyer-liqada 2000-ci ildə oynayıblar. Sonra isə Çempionşip və birinci liqada oynayıblar. Ötən mövsümdə isə onlar Çempionşipdə 16-cı pillədə qərarlaşıblar.
“Hafka”nın bu klubu almaq üçün təxminən 50 milyon avro xərclədiyi bildirilir.
Son xəbərlər
Son Xəbərlər