Haiti hökuməti BMT-yə müraciət edərək ölkədə vəziyyətin sabitləşməsi üçün qoşun göndərməsini xahiş edib.
Bu barədə “Qafqazinfo” “Reuters” agentliyinə istinadən xəbər verir.
Onun məlumatına görə, müvafiq məktubu beynəlxalq təşkilata ölkənin Baş naziri səlahiyyətlərini icra edən Klod Jozef göndərib. Haiti hökuməti BMT-dən respublikanın bütün ərazisində təhlükəsizlik və ictimai asayişin bərpası üzrə polisin səylərini dəstəkləməyi xahiş edir.
“Reuters” qeyd edir ki, sülhməramlı qüvvələrin göndərilməsi BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiq edilməlidir.
***
TASS-ın BMT-dəki mənbəsi isə bildirib ki, bununla əlaqədar BMT Təhlükəsizlik Şurasına hələ müraciət daxil olmayıb.
“Biz hələ belə müraciət görməmişik”, - agentliyin həmsöhbəti deyib.
Son xəbərlər
Son Xəbərlər