Haitinin qətlə yetirilən prezidenti Jovenel Moiz iyulun 23-də dəfn olunacaq.
“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, bu barədə Haitinin rabitə və mədəniyyət naziri Pradel Enrikes bildirib. Onun sözlərinə görə, iyulun 22-də Moizin anım mərasimi keçiriləcək.
Xatırladaq ki, Jovenel Moizin iqamətgahına iyulun 7-nə keçən gecə hücum olunub. Sui-qəsddən əvvəl ona işgəncə verilib. Moizin xanımı Martin Moiz isə Mayamidə xəstəxanaların birində müalicə alır.
Son xəbərlər
Son Xəbərlər