Haitidə prezident Jovenel Moizin qətli ilə əlaqədar 6 nəfər saxlanılıb.
“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, bu barədə yerli polis rəhbəri Leon Şarl keçirdiyi brifinqdə deyib. O bildirib ki, saxlanılanlardan 3-ü əcnəbidir. Bundan başqa, 5 avtomobilə əl qoyulub. Daha əvvəl sui-qəsdə görə öldürülənlərdən 3-nün də xarici vətəndaş olduğu bildirilmişdi.
Şarl qətlin sifarişçilərinin axtarışlarının davam etdirildiyini deyib.
Son xəbərlər
Son Xəbərlər