Haitidə təyyarə düşdü, 6 nəfər öldü

haitide-teyyare-dusdu-6-nefer-oldu
Oxunma sayı: 1451

Haitinin paytaxtı Port-o-Prens şəhərində yüngülmühərrikli təyyarənin düşməsi nəticəsində 6 nəfər həyatını itirib.

Bu barədə “Qafqazinfo” AFP agentliyinə istinadən xəbər verir.

Bildirilir ki, nəqliyyat vasitəsinin göyərtəsində altı nəfər olub, onların hamısı həlak olub. İlkin məlumata görə, onlardan ikisi qonşu Dominikan Respublikasının vətəndaşlarıdır. İnsidentin baş vermə səbəbləri araşdırılır.