Haitinin qətlə yetirilən prezidenti dəfn edildi - Fotolar

haitinin-qetle-yetirilen-prezidenti-defn-edildi
Oxunma sayı: 2319

Haitinin qətlə yetirilən prezidenti Jovenel Moiz dəfn edilib.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, dəfn mərasimi Kap-Aityen şəhərində keçirilib. Dəfndə Moizin həyat yoldaşı Martin Moiz də iştirak edib.

“Jovenel, sənə xəyanət edildi və səni vəhşicəsinə öldürdülər. Sənin ən böyük “günahın” ölkənə sevgin, zəif insanları qorumaq və ölkəni korrupsiyaya bulaşmış oliqarxlardan təmizləmək arzun idi. Biz şiddət və intiqam istəmirik. Ancaq heç vaxt da qorxunun qarşısında təslim olmayacaq, onun gözlərinə dik baxacaq və “hər şey keçmişdə qaldı” deyəcəyik. Biz döyüşü uduzduq, ancaq müharibəni yox”, - deyə Martin Mozi çıxışında deyib.

Xatırladaq ki, Jovenel Moiz iyulun 7-də sui-qəsd nəticəsində qətlə yetirilib. Qətllə əlaqədar 26 nəfər şübhəli şəxs saxlanılıb.