Hakan Fidan Azərbaycana gəlir

hakan-fidan-azerbaycana-gelir
Oxunma sayı: 3087

Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun dəvəti ilə Azərbaycana səfər edəcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyə XİN məlumat yayıb.

Qeyd olunub ki, o, iyulun 5-6-da Bakıda təşkil olunacaq Qoşulmama Hərəkatı Koordinasiya Bürosu nazirlərinin görüşünə qatılacaq.

Nazirin toplantı çərçivəsində keçiriləcək Qoşulmama Hərəkatının Fələstin Nazirlər Komitəsinin iclasında və Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə keçiriləcək tədbirdə iştirak edəcəyi bildirilib.