Hakan Fidan Blinkenlə görüşdü

hakan-fidan-blinkenle-gorusdu
Oxunma sayı: 1963

Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ dövlət katibi Entoni Blinkenlə görüşüb.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Türkiyə XİN-in “X” sosial media platformasındakı paylaşımında qeyd olunub.

Görüşün Çexiyanın paytaxtı Praqada keçirilən NATO Xarici İşlər Nazirlərinin qeyri-rəsmi toplantısı çərçivəsində baş tutduğu bildirilir.