Hakan Fidan Putinlə görüşəcək - Video - Yenilənib

hakan-fidan-putinle-gorusecek
Oxunma sayı: 1834

Rusiya və Türkiyənin xarici işlər nazirləri Sergey Lavrovla Hakan Fidan arasında görüş başlayıb.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, görüş Rusiyanın Nijni Novqorod şəhərində keçirilir.

***

“TRT Haber”in məlumatına görə, görüş zamanı iki ölkə arasında münasibətlər, eləcə də regional məsələlər müzakirə edilib.

Eyni zamanda, nazirlər Qəzzadakı son vəziyyət ətrafında da fikir mübadiləsi aparıblar. Bildirilir ki, Hakan Fidanın Rusiya Prezidenti Vladimir Putinlə də görüşü planlaşdırılır.