Hakan Fidan və Blinken Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə etdilər

hakan-fidan-ve-blinken-azerbaycan-ermenistan-normallasma-prosesini-muzakire-etdiler
Oxunma sayı: 1984

Londona səfər edən Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ dövlət katibi Entoni Blinkenlə görüşüb.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, XİN başçıları “2023 Ukraynanın Təkmilləşdirilməsi Konfransı” çərçivəsində ikitərəfli görüş keçirib.

Görüşdə Ukraynadakı vəziyyət, Türkiyənin təşəbbüsü ilə həyata keçirilən İstanbul Taxıl Sazişi, NATO-nun genişlənməsi, Cənubi Qafqazda baş verən proseslər kontekstində Azərbaycan-Ermənistan normallaşma prosesi və ikitərəfli münasibətlər müzakirə olunub.