Sosial mediada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı təhqir etdiyi iddiası ilə mühakimə edilən keçmiş futbolçu və millət vəkili Hakan Şükür haqqında saxlanılma qərarı çıxarılıb.
“Qafqazinfo” Star-a istinadən xəbər verir ki, bu gün baş tutan məhkəmə prosesində prezidentin vəkili Ferah Yıldız iştirak edib.
Ərdoğanın vəkili H.Şükür haqqında “Prezidentə təhqir” maddəsi ilə 1 ildən 4 ilə qədər həbs edilməsini istəyib.
Prosesdə şahidlər də dinlənilib. Bekir Savran adlı şahid bildirib ki, H.Şükür ona Ərdoğan və oğlu haqqında təhqiramiz videolar göndərib.
Hakim vəkil və şahidləri dinlədikdən sonra qərar çıxarıb. ABŞ-da yaşayan Hakan Şükürün məhkəmə proseslərində iştirak etməsi üçün yaşadığı ünvana bildiriş göndərilmək istənilib, lakin ünvanı dəqiqləşdirmək mümkün olmadığı üçün haqqında saxlanılma qərarı çıxarılıb.
Son xəbərlər
Son Xəbərlər