Hakan Şükür və Arif Ərdəmin medalları geri alındı

hakan-sukur-ve-arif-erdemin-medallari-geri-alindi
Oxunma sayı: 650

Türkiyə Nazirlər Kabineti yeni Qanun Hökmündə Qərarnamələri yayımlayıb.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, yeni qərarlar arasında FETÖ-yə üzv olan keçmiş futbolçular Hakan Şükür və Arif Ərdəmin medal və ordenləri geri alınıb.

Qərar hər iki şəxsin terror təşkilatlarına üzv olması iddiası ilə verilib.

Qeyd edək ki, xaricdə olan H.Şükür və A.Ərdəm haqqında bir neçə aydır axtarış elan edilib.