“İrəli” hərəkatının yaradıcısı, Fransa prezidentliyinə namizəd Emmanuel Makronun komandasına qarşı olan haker hücumu cavabsız qalmayacaq”.
“Qafqazinfo” Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu Fransa prezidenti Fransua Olland bildirib.
“Biz prezident seçkiləri kampaniyasının keçirilməsi zamanı belə risklərin olduğunu bilirdik... Heç nə cavabsız qalmayacaq”, -deyə ölkə başçısı söyləyib.
Hücum nəticəsində hakerlər yüzminlərlə elektron məktub, foto və əlavələrin daxil olduğu təxminən doqquz qiqabaytlıq material ələ keçiriblər.
Qeyd edək ki, mayın 7-də Fransada prezident seçkilərinin ikinci turu keçiriləcək.
Son xəbərlər
Son Xəbərlər