Qətərin dünyaca məşhur media qurumu “Əl-Cəzirə” hakerlərin hücumuna məruz qalıb.
“Qafqazinfo” qurumun saytına istinadən xəbər verir ki, hakerlər şirkətin bütün saytlarını və sosial media hesablarını ələ keçirməyə çalışırblar.
Lakin, təhlükəsizlik tədbirləri nəticəsində bunun qarşısı alınıb. Kiber hücumların “Körfəz böhranı” səbəbi ilə həyata keçirildiyi ehtimal edilir.
Şirkətdən açıqlama verilib ki, “Əl-Cəzirə” bundan sonra da xəbər siyasətini dəyişməyəcək.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı başda olmaqla 9 ölkə Qətərlə diplomatik münasibətlərini dayandırıb. Bir neçə ölkədə isə “Əl-Cəzirə”nin ofisi bağlanıb.
Son xəbərlər
Son Xəbərlər