ABŞ-da tətildə olan azərbaycanlı aktrisa Nəsrin Cavadzadənin Nyu-Yorkda üç polislə çəkdirdiyi foto ətrafında qalmaqal səngimək bilmir.
“Qafqazinfo”nun Axşam.az-a istinadən məlumatına görə, Türkiyədə film və seriallarda rol alan aktrisanın bu fotosu ABŞ-da irqçilikdə ittiham olunan polislərə dəstək kimi qiymətləndirilib. Türk fanatlar onu "Türk polisini tənqid et, amma irqçi amerikan polisi ilə qucaqlaş" şərhləri ilə bezdiriblər.
Əsəbiləşən aktrisa "Dərin deyilsən. İntellektual deyilsən. Sənətçi deyilsən. Tənqidçi deyilsən. Şair deyilsən. Sadəcə internetə daxil ola bilirsən, bu qədər! Aid olduğunuz yerdə qalın, yəni mənim fotolarımın altında..." yazaraq onlara cavab vermişdi.
Bu gün isə 33 yaşlı Nəsrin Cavadzadənin etirazlara görə İnstaqram hesabını bağladığı deyilirdi. Amma o, bu məsələyə aydınlıq gətirib. Aktrisanın İnstaqram profilinin hakerlər tərəfindən oğurlandığı məlum olub. O, bu haqda Tvitter hesabında yazaraq açıqlama verib: “İnstaqram hesabım hakerlər tərəfindən ələ keçirildi. Geri aldıqdan sonra görüşmək ümidilə...Hamınıza sevgilər”.

Son xəbərlər
Son Xəbərlər