Hakerliklə 85 000 oğurlayanın yeni cinayətləri üzə çıxdı

hakerlikle-85-000-ogurlayanin-yeni-cinayetleri-uze-cixdi
Oxunma sayı: 1067

Xüsusi kiberproqramlardan istifadə edilməklə yerli bankların 100-dən çox müştərisinə məxsus kartlardan 85 000 manat pulun şəxsi hesablara köçürüb nağdlaşdırmaqda şübhəli bilinən Səddam Nəzərlinin yeni cinayətləri ortaya çıxıb.

“Qafqazinfo” DİN-ə istinadən xəbər verir ki, onun ötən il oktyabrın 16-dan noyabrın 23-dək olan müddətdə daha 3 nəfərin bank kartlarından ümumilikdə 649 manatı çıxararaq oğurlaması da müəyyən edilib.

Onun evinə baxış zamanı mənzildən xüsusi haker proqramlarının yazıldığı noutbuklar, planşetlər, elektron sübutlar və iş üçün əhəmiyyət kəsb edən digər dəlillər müəyyən edilərək götürülüb. Həmin texniki avadanlıqların yaddaş blokuna baxış zamanı müxtəlif şəxslərə məxsus bank hesabları və kart məlumatları aşkar olunub. 

S.Nəzərli əvvəllər Cinayət Məcəlləsinin 332-ci (tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma) maddəsi ilə məhkum olunub.