Hakim 11 il hökm oxudu - - 5 manata görə...

hakim-11-il-hokm-oxudu-
Oxunma sayı: 1166


“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Ucar rayon sakini, 1993-cü il təvəllüdlü Yelmar Surxayzadə və Bakı şəhər sakini, 1998-ci il təvəllüdlü Xəyal İsmayılovun bu ilin fevralın 10-da saat 07:15 radələrində, M.Davudoğlu küçəsində “VAZ-2108” markalı avtomobillə Bakı şəhər sakini Hüsniyyə Seyidəliyevanın içərisində 5 manat və şəxsi əşyaları olan əl çantasını soyğunçuluq yolu ilə talayıblar.

Hökmə əsasən Yelmar Surxayzadə 4 il, Xəyal İsmayılov 7 il müddətinə azadlıqdan məhrum edilib.

Murad Əhməd

“Qafqazinfo”