Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində tanışını öldürməkdə təqsirləndirilən Rəcəb Məmmədova hökm oxunub.
"Qafqazinfo"nun verdiyi xəbərə görə, hakim Azər Paşayevin icraatında olan prosesdə məhkəmə kollegiyasının hökmü ilə R.Məmmədov 17 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Suraxanı qəsəbəsində yaşayan R.Məmmədov 2016-cı il iyunun 24-də evində münaqişə zəminində tanışı Fərhad Mehdiyevi bıçaqlayaraq qətlə yetirib.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər