“Hakim Azərbaycanın qolunu saymadığı üçün şanslıyıq” - Marko Rossi

hakim-azerbaycanin-qolunu-saymadigi-ucun-sansliyiq
Oxunma sayı: 2668

Macarıstan millisinin baş məşqçisi Marko Rossi AÇ-2020-nin seçmə mərhələsində evdə Azərbaycanla matçdan (0:1) sonra keçirilən mətbuat konfransında fikirlərini bildirib.

“Qafqazinfo” xəbər verir ki, italiyalı mütəxəssis Azərbaycanın qolunun sayılmadığına görə xoşbəxt olduğunu söyləyib:

"Həddindən artıq çox təzyiq altındayam. Ən azı 4-5 dəfə 2-ci qolu vurmaq fürsətimiz oldu. Son dəqiqədə isə Azərbaycan bərabərlik qolunu vurdu. Şanslıyıq ki, hakim təmiz qolu saymadı. İlk 30 dəqiqədə Azərbaycan qapımıza gələ bilmədi. Hücumlarda yaxşı iştirak etdik. Çox şeyi düzəltməliyik. Xorvatiyaya qarşı oyunumuza görə çox utanırdımsa, bu gün özümüzlə çox qürur duyuram. Heç kimi zəif hesab etmək olmaz. Azərbaycan asan rəqib deyil".