Hakim futbolçunu yumruqla yerə sərdi - Video

hakim-futbolcunu-yumruqla-yere-serdi
Oxunma sayı: 2135

Hollandiyanın aşağı liqasında “Gil-Vit” və “VV Uno” arasında keçirilən oyunda yumruq davası baş verib.

“Qafqazinfo” “Ensonhaber.com”a istinadən xəbər verir ki, oyunun gedişində iki komandanın futbolçuları arasında dava düşüb.

Bu zaman hakim davaya müdaxilə edib. O, tərəfləri ayırmaq əvəzinə futbolçulardan birinə yumruq atıb. Zərbənin təsirindən futbolçu huşunu itirərək yerə sərilib. Onu təcili yardım vasitəsilə xəstəxanaya yerləşdiriblər.

Hakimə hücum çəkən digər futbolçuları çətinliklə sakitləşdirmək mümkün olub.