Hakim iti də cəzalandırdı - Foto

hakim-iti-de-cezalandirdi
Oxunma sayı: 1816

Türkiyə çempionatında daha bir maraqlı hadisə baş verib.

“Qafqazinfo” xəbər verir ki, həvəskarlar liqasında baş tutan "Korkuteli Bələdiyəspor"la "Kestel Bələdiyəspor" matçında meydançaya it girib və oyun dayanıb.

Hadisə matçın 28-ci dəqiqəsində baş verib. Maraqlısı isə budur ki, köpəyi qarşılaşmanın baş hakimi “zərərsizləşdirib”. Olaya heç kimin müdaxilə etmədiyini görə referi Gökçen Öztürk əsəbiləşib. O, çətin də olsa, heyvanı yaxalayıb və kənara çıxarıb. Adətən oyunçuları qırmızı vərəqə ilə meydandan qovan ədalət təmsilçisinin iti də “cəzalandırması” ətrafdakıların gülüşünə səbəb olub.