Hakim “Keşlə”nin baş məşqçisini meydandan qovdu

hakim-keslenin-bas-mesqcisini-meydandan-qovdu
Oxunma sayı: 2016

Azərbaycan Premyer Liqasının 5-ci turunda keçirilən “Keşlə” - “Qarabağ” oyununda qalmaqallı hal yaşanıb.

“Qafqazinfo” xəbər verir ki, matçın 44-cü dəqiqəsində meydan sahiblərinin oyunçusu Elçin Mustafayev rəqib oyunçu Tural Bayramova qarşı kobud oynayıb.

Hakim Fərid Hacıyev E.Mustafayevə buna görə sarı vərəqə göstərib.

“Keşlə”nin baş məşqçisi Sənan Qurbanov isə hakimin bu qərarına çox sərt etiraz edib. Referi F.Hacıyev Sənan Qurbanova qırmızı vərəqə göstərərək, məşqçini meydandan qovub.