“Qafqazinfo”nun məlumatına görə, virtualaz.org “The Daily Mail”ə istinadən xəbər verir ki, baş hakim Con Moss cibindən çıxardığı köpük balonunu London klubunun yarımmüdafiəçisi Santi Kasorlanın üzünə tərəf tutaraq düyməsini sıxıb.
Hadisə birinci hissədə baş verib. S.Kasorla cərimə zərbəsini yerinə yetirməyə hazırlaşarkən C.Moss balonu cibindən çıxararaq yerdə nəzarət xətti çəkmək istəyib. Amma necə olubsa, balon ispan futbolçunun üzünə tuşlanıb. Özünü itirən hakim daha sonra özünü köpüyə bürüyüb. Futbolçular baş verənləri gülüşlə qarşılayıblar. Oyun isə 2:1 hesabı ilə “Arsenal”ın xeyrinə bitib.
Yada salaq ki, cərimə zərbəsinin dəqiq nöqtəsini və “canlı divar”ın dayanacağı yerin dəqiq xəttini müəyyənləşdirmək üçün bu ildən etibarən tez yoxa çıxan köpükdən istifadə edilir. O, ilk dəfə Braziliyada keçirilən dünya çempionatında tətbiq olunub. İndi isə milli çempionatlarda da hakimlər ondan istifadə edir.
Son xəbərlər
Son Xəbərlər