Hakim PSJ-nin futbolçularını təhqir edib

hakim-psj-nin-futbolcularini-tehqir-edib
Oxunma sayı: 1897

Çempionlar Liqasının yarımfinalında Mançester Siti - PSJ matçında hakim Byorn Kuypers Paris klubunun futbolçuları Leanardo Paradesi və Marko Verattini təhqir edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə əvvəlcə Marko Veratti özü danışıb.

O, açıqlamasında bunları deyib: “Hakim məni söydü. Onları heç zaman təhqir etməmişəm. Əgər bir şey desəydim, ən azı 10 oyun cəza alardım”.

Andre Errera isə Parades haqqında danışıb: “Hakimlərə daim hörmət edirik. Amma axşam hakim Paradesi təhqir etdi. Biz elə danışsaq, uzunmüddətli cəza alarıq”.