Hakim Sevinc Osmanqızının məhkəməyə gəlməsini tələb etdi

hakim-sevinc-osmanqizinin-mehkemeye-gelmesini-teleb-etdi
Oxunma sayı: 1811


APA-nın xəbərinə görə, prosesdə hakim Məzahir Sadıqov Sevinc Osmanqızının məhkəməyə gəlməsini tələb edib. Sevinc Osmanqızının nümayəndəsi Elmira Sarıyeva bildirib ki, müdafiə etdiyi şəxs işi ilə bağlı Bakıya gələ bilmir. Hakim isə prosesin yanvarın 22-dək təxirə salındığını, S. Osmanqızının həmin tarixdə prosesə qatılmalı olduğunu açıqlayıb. Qeyd edək ki, Sevinc Osmanqızının keçmiş həyat yoldaşı Azər Xəlilovun iddiası əsasında ona qarşı Cinayət Məcəlləsinin 147 (böhtan atma) və 148-ci (təhqir etmə) maddələri ilə cinayət işi açılıb.