“Hakimdən başqa hamı dedi ki, təmiz qoldur” - Qurban Qurbanov

hakimden-basqa-hami-dedi-ki-temiz-qoldur
Oxunma sayı: 2508

“1 xal qazandıq. Xallarımızın üzərinə 1 xal da gəldi”.

"Qafqazinfo" xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının XIX turunda “Sabah”la keçirilən matçı dəyərləndirərkən deyib.

Oyunsonrası mətbuat konfransında 48 yaşlı mütəxəssis 0:0 hesablı nəticəyə münasibət bildirib: “Rəqib 90 dəqiqə müdafiə olundu. Belə rəqibə qarşı çoxlu qol epizodu yaratmaq çətindir. Amma xeyli sayda şansımız oldu. Futbolçular çox əziyyət çəkdilər, 90 dəqiqə ərzində oyun intizamını qorudular. Tam ideal oyunu göstərmək mümkün deyil. Bəzi səhvlərin olması normal haldır”.

- Sayılmayan qol epizodu ilə bağlı nə deyə bilərsiniz?

- Hakimdən başqa hamı dedi ki, təmiz qoldur. Hətta rəqib komandanın nümayəndələri də. Daha diqqətli olmalıdırlar. Bizim qapımız qarşısında da belə hal olsa, ədalətli qərar istəyərik. Son vaxtlar səhvlər daha çoxdur, hakimlər daha gərgindirlər. Hakimlərimiz gəncdirlər, daha diqqətli olmalıdırlar. Yəqin ki, bunun üzərində çalışırlar.