Türkiyə Futbol Federasiyasının İntizam Komitəsi “Başakşəhər”in futbolçusu Arda Turana “Sivasspor”la matçda yan xətt hakimini itələdiyi üçün ağır cəza verib.
“Qafqazinfo” xəbər verir ki, Ardaya 16 oyun və 39 min lirə pul cəzası verilib.
Bu o deməkdir ki, 31 yaşlı futbolçu növbəti mövsümün ilk dövrəsində meydana çıxa bilməyəcək.
Qeyd edək ki, Arda, 1:1 bitən matçın son saniyələrində etdiyi hərəkətə görə meydandan qovulmuşdu.
Son xəbərlər
Son Xəbərlər