“Hakimi söyməmişəm” - Messi + Video

hakimi-soymemisem
Oxunma sayı: 838

DÇ-2018-in seçmə mərhələsində Çili ilə oyunda hakimi söydüyü üçün FİFA tərəfindən ağır cəza alan Argentinanın super ulduzu Lionel Messi susqunluğunu pozub.

“Qafqazinfo” “Apasport.az”a istinadən xəbər verir ki,  “tanqoçular”ın 1:0 hesablı qələbəsi ilə başa çatan oyunda matçın köməkçi hakiminə ağır söyüşlər işlətdiyi üçün 4 oyunluq cəzalandırılan Leo əslində işlətdiyi təhqirin ünvansız olduğunu deyib.

“Sözlərim yan xətt hakiminin ünvanına deyildi. Əsəbi idim və havaya söydüm” – deyə Messi bildirib.

 Qeyd edək ki, hücumçunun klubu “Barselona” rəsmi məlumat yayaraq oyunçusuna verilən cəzaya çox təəccübləndiyini bildirmişdi.

Bəhs olunan epizodu təqdim edirik.