Hakimi söyәn mәşqçiyә- - Ağır cəza

hakimi-soyn-msqciy-
Oxunma sayı: 1167


“Qafqazinfo” xәbәr verir ki, “Şuşa Qarabağ”ın baş məşqçisi Nadir Qasımov növbəti dəfə ağır cəzaya məruz qalıb.
 
“Şəmkir”lə XX tur matçının son dəqiqələrində texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırılan Qasımov 1 oyunluq cəzalanıb, klubu 100 manat cərimə olunub. Lakin görüş başa çatdıqdan sonra “Şuşa Qarabağ”ın çalışdırıcısı geniş kütlə qarşısında hakimlər briqadasını təhqir etdiyinə görə 10 oyunluq cəza alıb, klubu 2000 manat cərimə olunub. 

Bu hal ikinci dəfə təkrar olunduğuna görə, Nadir Qasımovun paltardəyişmə otağında və ehtiyat oyunçular skamyasında olmasına da qadağa qoyulub. Həmçinin görüşün 89-cu dəqiqəsində texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırılan “Şuşa Qarabağ”ın məşqçisi Toğrul Əhmədov 1 oyunluq cəzalanıb, klubu 100 manat cərimə olunub. 

Bundan əlavə “Neftçala” – “Göyəzən” qarşılaşmasının 72-ci dəqiqəsində qırmızı vərəqə alan “Göyəzən”in futbolçusu Babək Məhərrəmov 1 oyunlub cəzalanıb, klubu 20 manat cərimə olunub.