Hakimi təhqir edən baş məşqçiyə 5 oyunluq cəza

hakimi-tehqir-eden-bas-mesqciye-5-oyunluq-ceza
Oxunma sayı: 853

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. “Qafqazinfo” xəbər verir ki, müzakirələrdən sonra I Divizionun XXI və XXII turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:

XXI turun “Qaradağ Lökbatan” – “Kəpəz” oyununda “Kəpəz”in 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub. Oyunda topdaşıyan şəxslərin yaş həddi pozulduğu üçün “Qaradağ Lökbatan” klubu 80 manat cərimə olunub.

XXI turun “Turan Tovuz” – “Sumqayıt-2” oyununda “Turan Tovuz”un 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub.

XXI turun “Sabah-2” – “Qarabağ-2” oyununda “Qarabağ”ın 7 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub.

XXI turun “Zaqatala” – MOİK oyununda “Zaqatala”nın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub.

XXII turun “Keşlə-2” – “Sabah-2” oyunu bitdikdən sonra “Sabah”ın baş məşqçisi İlqar Mənsimov hakimə etiraz etdiyinə görə birbaşa qırmızı vərəqə aldığına və daha sonra dəhlizə daxil olarkən hakimi təhqir etdiyinə görə 5 oyun cəzalanıb, klub 400 manat cərimələnib.

XXII turun “Sumqayıt-2” – “Neftçi-2” oyununda “Sumqayıt”ın 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub. “Sumqayıt”ın futbolçusu Tahir Zeynalov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub.

XXII turun “Qaradağ Lökbatan” – “Turan Tovuz” oyununda “Turan Tovuz”un 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub.

XXII turun “Kəpəz” – MOİK oyununda “Kəpəz”in 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub. MOİK-in 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub.

XXII turun “Qarabağ-2” – “Zaqatala” oyununda “Qarabağ”ın baş məşqçisi Cavad Mirzəbəyli ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 80 manat cərimələnib. Oyunda topdaşıyan şəxslərin yaş həddi pozulduğu üçün “Qarabağ” 80 manat cərimə olunub. “Zaqatala”nın məşqçisi Nəsib Əliyev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 80 manat cərimələnib. “Zaqatala”nın futbolçusu Xəlil Bəşirov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub.