Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. “Qafqazinfo” xəbər verir ki, aparılan müzakirələrdən sonra digər futbol çempionatları ilə bağlı aşağıdakı qərarlar çıxarılıb:
U-13 Liqasında “Əlincə” (Bakı) – “TİM” (Gəncə) matçının 46-cı dəqiqəsində “Əlincə”nin futbolçusu Cəlal Hüseynov və “TİM” klubunun futbolçusu Kənan Kərimov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün hər iki futbolçu 2 oyunluq cəzalanıb.
U-13 Liqasında “Neftçi” PFK (Bakı) – “Turcin” İB (Tovuz) matçında “Neftçi”nin futbolçusu Fuad Osmanlı sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb.
Azərbaycan Həvəskarlar çempionatının “Sabunçu” – “Dinamo” matçının 26-cı dəqiqəsində “Sabunçu”nun futbolçusu Bəxtiyar Məsiməliyev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyunluq cəzalanıb.
Azərbaycan Həvəskarlar çempionatının “MEGA” FC – “Gənclik” İK matçının 90-cı dəqiqəsində “MEGA” klubunun futbolçusu Nicat Adıgözəlov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyunluq cəzalanıb.
Son xəbərlər
Son Xəbərlər