“Hakimin qərarlarını düşünərək oynamaq çətin idi” - Pekerman

hakimin-qerarlarini-dusunerek-oynamaq-cetin-idi
Oxunma sayı: 989

Kolumbiya millisinin baş məşqçisi Xose Pekerman İngiltərəyə penaltilərdə uduzduqları oyunu şərh edib. “Qafqazinfo” xəbər verir ki, o da futbolçuları kimi hakimi günahlandırıb:

“Penaltiləri vura bilmədiyimiz üçün uduzduq. Oyun gərgin keçdi. Hakimin qərarlarını düşünərək oynamaq çətin idi. Futbolda olur belə şeylər. Halbuki, aydın olmayan çox şey var. Oyun ərzində bir çox dayanmalar oldu və bu, bizə mane oldu. Komandamızın qarşısını aldı.

Eşitdiyimə görə, ingilislər bizim futbolçulardan narazı qalıb. Onlar bildiriblər ki, kolumbiyalılar bizi provokasiyaya çəkib, hakimi aldatmaq istəyirdi. Belə bir şey düşünmək yanlışdır. Oyunçuların yerinə özünüzü qoyun. İnsanlar bizim davranışlarımızı gördü və bir də ingilislərə baxın. Xames olmadan da bizə çətin idi. O, əsas futbolçumuzdur”.