“Hakimiyyət gec də olsa öz səhvindən nəticə çıxarsın”

hakimiyyet-gec-de-olsa-oz-sehvinden-netice-cixarsin
Oxunma sayı: 664

Partiyanın mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan bəyanatda deyilir: “Səbail rayon məhkəməsinin 1 ildən 3 ilədək azadlıqdan məhrum etdiyi 6 nəfərin hər birinə qarşı yönələn ittihamların məhkəmə prosesində iflasna, məhkəmə istintaqı zamanı təqsiriləndirilən şəxslərin əleyhinə bir ifadənin belə olmasına baxmayaraq məhkəmənin çıxardığı qərarı AXCP hüquqi nihilizm kimi dəyərləndirir”.

Partiya hesab edir ki, Sahib Kərimov, Arif Alışlı, Zülfüqar Eyvazov, Elnur İsrafilov, Babək Həsənov və Elşən Həsənova qarşı çıxarılan hökm qanunsuz, qərəzli, anti-humanist olmaqla birbaşa avtoritar rejimin siyasi sifarişi əsasında hazırlanıb.

“AXCP “sirkə nə qədər tünd olsa öz qabını çartladar” məsəlini xatıraldaraq, bəyan edir ki, cəmiyyətin siyasi fəallarına qarşı bu cür repressiv davranış hakimiyyətin özünün gələcək aqibətini ağırlaşdırır.

AXCP siyasi məhbus probleminin Azərbaycanın milli maraqlarına da əngəl yaratdığını bildirərək, hakimiyyəti gec də olsa öz səhvindən nəticə çıxarmağı, siyasi baxışlarına və tənqidi mövqeyinə görə həbsdə saxlananların dərhal azadlığa buraxılmasını tələb edir”.

Fatimə Kərimli