“Qafqazinfo” xəbər verir ki, Prezident Administrasiyasının təşəbbüsü ilə başa tutan tədbirdə Azərbaycan Prezidentinin köməkçisi Əli Həsənov, Administrasiyanın ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Tahir Süleymanov, şöbənin sektor müdiri Elman Paşayev, müxalifət tərəfdən Ədalət Partiyasının sədri İlyas İsmayılov, Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə, Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu, Azərbaycan Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu, Böyük Quruluş Partiyasının (BQP) başqanı, deputat Fazil Mustafa, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) baş katibi Söhrab Abullayev, Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri Sabir Rüstəmxanlı, Demokratik İslahatlar Partiyasının (DİP) sədri, deputat Asim Mollazadə, Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev, Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev, Azadlıq Partiyasının sədri Əhməd Oruc, Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Yusif Bağırzadə, Ümid Partiyasının sədri İqbal Ağazadə, Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri, deputat Fərəc Quliyev, Sosial Rifah Patiyasının sədri Xanhüseyn Kazımlı, Vəhdət Partiyasının sədri Tahir Kərimli, Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli iştirak edir.
Əli Həsənovun sözlərinə görə, bu gün gündəlikdə olan məsələ qarşıdan gələn seçkilər deyil. O bildirib ki, hakimiyyət müxalifət tərəfindən edilən təklifə baxıb:
"Seçki islahatları ilə bağlı təklif administrasiyada nəzərdən keçirilib. Biz siyasi partiyalarla seçkiləri və seçki islahatlarını müzakirə etməyə hazır deyilik və buna lüzum görmürük. Cəmiyyəti hazırda Avropa Oyunları daha çox maraqlandırır".
Müzakirə mətbuatın iştirakı olmadan davam etdirilir.
***
Ümid partiyasının sədri, deputat İqbal Ağazadə bildirib ki, görüşdə hakimiyyət də, müxalifət də öz mövqeyini ifadə elədi:
"Mən Avropa oyunlarını dəstəkləyirəm, əleyhinə deyiləm, lakin siyasi məhbus məsələsi həll olunmalıdır. Bu təklif Administrasiyada müzakirə olunacaq".
İ. Ağazadə daha sonra qeyd edib ki, görüşdə seçki məsələsinin müzakirəsinə ehtiyac yoxdur:
"Seçkilərin müzakirə olunmasının tərəfdarı deyiləm, çünki seçkidə heç nə müzakirə oluna bilməz. Bunun mövcud qanunvericilik çərçivəsində ədalətli keçirilməsi kifayətdir. Məcəllədə dəyişiklik ediləsi deyil və bu, praktiki mümkün deyil. Bu səbəbdən seçkini müzakirə edib yalandan saqqız kimi çeynəməyin mənası yoxdur".
Səidə
Son xəbərlər
Son Xəbərlər