“Hakimiyyət ölkənin beynəlxalq nüfuzunun fərqində deyil”

hakimiyyet-olkenin-beynelxalq-nufuzunun-ferqinde-deyil
Oxunma sayı: 641

“Qafqazinfo”nun məlumatına görə, hər iki partiya İctimai Palatanın 2 aprel aksiyasından sonra həbs edilmiş Arif Hacılı, Məhəmməd Məcidli, Tural Abbaslı və Fuad Qəhrəmanlı ilə bağlı çıxarılan məhkəmə hökmünü pisləyiblər: “Azərbaycan hakimiyyəti ölkədə vətəndaş hüquq və azadlıqlarının təmin olunmadığını, sərbəst siyasi fəaliyyətə imkan verilmədiyini təsdiqləyən növbəti qərara imza atıb. Ölkənin demokratik qüvvələrinin və sivil dünyanın davamlı tələblərinə baxmayaraq, hakimiyyət Azərbaycanda siyasi məhbus anlayışını birdəfəlik aradan qaldırmaq əvəzinə, siyasi baxışlarına və fəaliyyətinə görə əsassız ittihamlarla həbs olunan vətəndaşların sırasını genişləndirməkdədir. İctimai Palatanın 2 aprel aksiyasından sonra həbs edilmiş Arif Hacılı, Məhəmməd Məcidli, Tural Abbaslı və Fuad Qəhrəmanlının müxtəlif müddətlərə azadlıqdan məhrum edilmələrinə dair məhkəmə hökmü bir daha göstərdi ki, Azərbaycan hakimiyyəti ölkənin beynəlxalq nüfuz və reputasiyasının fərqində deyil”.

ALP və VİP bu qərarı Azərbaycanda konstitusion azadlıqların kobud şəkildə pozulması kimi dəyərləndirir və adıçəkilən şəxslər barəsində çıxarılmış hökmün ən qısa müddətdə ləğv olunmasını tələb edib.