Partiyanın mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan xəbərə görə, topalantıda ölkədəki ictimai-siyasi vəziyyət, “ Human Rights Watch” təşkilatının Azərbaycanda insan haqları ilə bağlı növbəti hesabatı və Ukrayna hadisələri müzakirə olunub. Blok üzvləri qeyd edib ki, “ Human Rights Watch” təşkilatının Azərbaycanda insan haqları ilə bağlı son hesabatında qeyd edilənlər tam reallığı əks etdirir. Bu səbəbdən Azərbaycan hakimiyyəti hesabatda sadalanan insan haqları ilə bağlı problemlərlin həlli istiqamətində təcili tədbirlər görməli, Beynəlxalq İnsan Haqları təşkilatları tərəfindən öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir. Vəziyyətin Azərbaycanda bu cür davam etməsi ölkənin imicinə ciddi ziyan vurmaqda davam edir. Siyasi məhbus problemi kökündən həll edilməli, siyasi sifarişli məhkəmələr dayandırılmalı, ədalətli məhkəmə prosesləri təmin edilməli, obyektiv araşdırmalar aparılmalı, ölkədə siyasi partiyaların fəaliyyəti üçün şərait yaradılmalı, siyasi ayrı seçkiliyə son qoyulmalı, insanların sərbəst toplaşma azadlığı təmin edilməlidir.
Ukraynada son baş verən hadisələrdən təəssüfləndiklərini bildirən Blok üzvləri, getdikcə hadisələrin dramatik bir yön aldığını qeyd ediblər. Bildirilib ki, Ukraynada baş verən hadisələr təkcə Ukrayna və ətraf ölkələr üçün təhlükə yaratmır, hadisələrin bu cür inkişafı həmçinin bütün dünya üçün təhlükə yaradır və digər avtoritar rejimlərin də bu cür addımlar atmasına rəvac verir. Bu səbəbdən beynəlxalq təşkilatlar təcili tədbirlər görməli. Ukraynada artan gərginliyin qarşısının alınması istiqamətində ciddi addımlar atmalı, baş verənlərdən nəticə çıxararaq, digər avtoritar rejimlərlə davranışlarında korrektələr etməlidirlər.