Hakimiyyətdən sui-istifadə cinayətləri 71,7 % azalıb

hakimiyyetden-sui-istifade-cinayetleri-717-azalib
Oxunma sayı: 1358

Bu gün Hərbi Prokurorluqda kollegiya iclası keçirilib.

Baş Prokurorluqdan “Qafqazinfo”ya verilən məlumata görə, Baş prokurorunun müavini–Hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev kollegiya iclasında hesabat məruzəsi ilə çıxış edib.

X.Vəliyev bildirib ki, ötən il qeydə alınmış cinayətlərin 99,5 faizi açılıb: “Hesabat dövründə qeydə alınmış cinayətlər əvvəlki illə müqayisədə ümumilikdə 36,1%, hərbi xidmət əleyhinə olan cinayətlər 47,6%, qeyri-hərbi cinayətlər isə 18,6% azalıb.

2019-cu illə müqayisədə 2020-ci ildə qeydə alınmış qəsdən adam öldürmə cinayətləri 30%; hakimiyyətdən sui-istifadə etmə cinayətləri 71,7 %; odlu silahı, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talama və ya hədə qorxu ilə tələb etmə cinayətləri 53,8%; tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma cinayətləri 69,5 %; xuliqanlıq cinayətləri 83,3 %; mülkiyyət əleyhinə olan cinayətlər isə 57,5 % azalıb.

Hesabat dövründə xidməti fəaliyyətində yol verdikləri nöqsanlara və pozuntulara görə 19 hərbi prokurorluq işçisi intizam məsuliyyətinə cəlb olunub, onlardan 1-i prokurorluq orqanlarından xaric edilib, 1-i aşağı vəzifəyə keçirilib, 2-si vəzifədən azad olunub, 4-nə şiddətli töhmət, 11-nə isə töhmət elan  edilib.