Çempionlar Liqasının ¼ finalının ilk oyununda “Barselona” öz meydanında “Roma”nı 4-1 hesabı ilə məğlub edib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, İtaliya klubunun baş məşqçisi Eusebio Di Françesko oyunla bağlı fikirlərini bölşüb.
“Bu hakimlər rəqibə köməklik göstərdilər, halbuki, “Barselona”nın buna ehtiyacı yoxdur.
Pis oynamadıq, komandada hər hansı bir problem yoxdur. Lakin buraxdığımız səhvlər bizə çox baha başa gəldi.
Bu gün oyunda nəyi dəyişmək istərdim sualın isə, hakimi deyə cavab verirdim”.
Qeyd edək ki, cavab oyunu aprelin 10-u Bakı vaxtı ilə 22.45-də keçiriləcək.
Son xəbərlər
Son Xəbərlər