Hakimlər Paşinyanla görüşməkdən imtina etdi

Hakimlər Paşinyanla görüşməkdən imtina etdi
Oxunma sayı: 2816

Ermənistan Baş naziri Nikol Paşinyan ölkənin Ali Məhkəmə Şurasının üzvləri ilə görüşüb. “Qafqazinfo” bildirir ki, bu barədə “News.am” xəbər verib.

Mediaport teleqram kanalının məlumatına görə, bir sıra hakimlər bu görüşdə iştirak etməkdən imtina ediblər. Onların arasında Ermənistanın Ali Məhkəmə Şurasının sədri Ruben Vardazaryan və üç üzvü - Stepan Mikaelyan, Armen Aykyants və Mesrop Makyan var. 

“Onlar Baş prokuror, İstintaq Komitəsinin sədri, respublikanın Xüsusi İstintaq Xidmətinin rəhbərinin də iştirak etdiyi Baş nazirlə bu cür görüşün Ali Məhkəmə Şurasının konstitusion statusuna zidd və qanunsuz olduğunu qeyd ediblər”, - deyə teleqram kanalı bildirib.

Mediaport qeyd edir ki, Nikol Paşinyanla görüşdə ayrı-ayrı cinayət işlərinin araşdırılmasının vəziyyəti müzakirə edilib.