Hakimlər üçün seminar keçirildi

hakimler-ucun-seminar-kecirildi
Oxunma sayı: 817


“Qafqazinfo” xəbər verir ki, seçim turnirlərinin FİLA qaydalarına uyğun keçirilməsi və görüşlərin idarə edilməsində hakimlərin təlimatlandırılması məqsədilə Olimpiya Güləş Mərkəzində milli və beynəlxalq dərəcəli hakimlər üçün seminar keçirilib. 

AGF-nin Hakimlər Kollegiyası tərəfindən aparılan seminarda məqsəd Beynəlxalq Güləş Federasiyası tərəfindən güləş qaydalarında və çəki dərəcələrində edilən dəyişikliklər barədə hakimləri bir daha məlumatlandırılıb, son keçirilən yarışlardan videogörüntülər izlədilərək qaydalar izah edilib, yeni qaydalar barədə nəzəri vəpraktiki biliklər paylaşılıb. Mübahisəli məqamlar monitorda göstərilərək müzakirə edilib.